13 sentyabr 2023-cü il tarixində AzQAC Sumqayıt
şəhər bölməsində könüllülərə icma əsaslı Su, Sanitariya və Gigiyena mövzusunda
1 günlük təlim keçirilib. Təlimdə Türk Kızılayın Azərbaycandakı nümayəndəsi
Hüseyn Çitak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin
müdiri - İcraçı katibin müavini Xalidə İsgəndərova, Sağlamlıq və Qayğı şöbəsinin
müdiri Əminə Cabbarova iştirak edib.
AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət
Məhərrəmova qonaqları və iştirakçıları salamlayaraq təlimin vacibliyi haqqında
məlumat verib. Daha sonra təlimi Türk Kızılayın Azərbaycandakı nümayəndəsi
Hüseyn Çitak və AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova tərəfindən
könüllülərə şəxsi gigiyena ,dəri və ağız , düzgün əl yuma qaydası və
reproduktiv sağlamlıq haqqında məlumat verərək ,praktiki nümayişlər göstərib.
Günün ikinci yarısı təlimdə öyrənilən mövzular könüllülər tərəfindən qrup şəklində
müzakirə olunaraq təqdimatlar hazırlanıb. Təlimin əsas məqsədi 12 nəfər könüllü
icma əsaslı su, sanitariya və gigiyena üzrə təlimçi kimi hazırlamaq olub. Könüllülər
öyrəndikləri məlumatları təhsil ocaqlarında şagirdlər ilə paylaşacaqlar.